15 İyul 2019 23:45
567
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın cənub-qərbində yerləşən Xuzistan vilayətinin Əhvaz-Sərbəndər yolunda ağır yol qəzası baş verib.

Teleqraf.com-un məlumatına görə, bunu İranın Xuzistan vilayətinin yol polisi rəisi polkovnik Rza Dövlətşahi deyib.

R.Dövlətşahinin sözlərinə görə, "KIA Sportage" markalı avtomobilin yük maşını ilə toqquşması nəticəsində 5 nəfər həlak olub.

Hadisəyə səbəb yük maşınının qarşı yola çıxması olub.


Müəllif: Teleqraf.com