2 Avqust 2019 12:30
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq Gədəbəydə baş verən qətillə bağlı açıqlama yayıb.

Teleqraf.com xəbər verir ki, polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş qətlin üstü “isti izlər”lə açılıb.

Belə ki, iyulun 22-də Gədəbəy rayon sakini 1959-cu il təvəllüdlü Kamil İmamquliyevin üzərində zorakılıq əlamətləri olan meyitinin ailə üzvləri tərəfindən aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin Ağstafa rayon sakini 1980-cı il təvəllüdlü Anar Nuriyev tərəfindən törədilməsinə kifayət qədər əsaslı şübhələr olduğundan barəsində axtarış elan edilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nuriyev avqustun 1-i Ağstafa rayonu ərazisində tutularaq istintaqa cəlb olunub.

A.Nuriyev şübhəli şəxs qismində saxlanılaraq dindirilmiş və o, ilkin ifadəsində törətdiyi cinayət əməlini tam etiraf edib.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər