Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, avqustun 5-də, gecə saat 1 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini P.Əhmədov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən İsmayıllı rayon sakini Mədinə Sovqatovanı vurub.
Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.