Bakı şəhərinin Sabunçu rayonunun Sabunçu qəsəbəsində yataqxana binası yanır.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Sabunçu rayonu, Sabunçu qəsəbəsində yataqxana binasında yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.