10 Avqust 2019 16:57
457
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala seysmoloji stansiyasından 14 kilometr cənub-qərbdə Zaqatala ərazisində maqnitudası 3.7 olan zəlzələ baş verib.

Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 15:22-də qeydə alınıb.

Ocağı 7 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 4, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

Xatırladaq ki, bu gün Zaqatalada saat 11:35-də maqnitudası 4.9, saat 14:00-da isə 3.4 olan yeraltı təkanlar qeydə alınıb.

***

15:54

Zaqatalada gün ərzində ikinci dəfə zəlzələ olub.

Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, təkanlar yerli vaxtla saat 15:22-də Zaqatala stansiyasından 14 km cənub-qərbdə qeydə alınıb.

Zəlzələ hiss olunub.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 11:35-də Zaqatala stansiyasından 18 km cənub-qərbdə Zaqatala ərazisində zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər