12 Avqust 2019 08:41
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın Medelyin şəhərində keçirilən aviaşou zamanı iki hərbçi həlak olub.

Teleqraf.com xəbər verir ki, faciə paradın bir hissəsini yerinэ yetirəndə baş verib.

Hərbçilər böyük yüksəklikdən yerə düşüb. Hava nümayişi zamanı iki hərbçi Kolumbiya bayrağını tutaraq vertolyotdan trosla nisbətən aşağı endirilib və vertolyot bu vəziyyətdə hərəkətdə olub. Hansısa məqamda tros qırılıb və hər iki hərbçi bayraqla birgə yerə çırpılıb.

Hazırda paradın keçirildiyi zona bağlanıb, hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com