Bakı şəhər Xətai rayonu ərazisində yük maşını polis şöbəsinin giriş hissəsinə çırpılıb.
Publika.az xəbər verir ki, Mehdi Mehdizadə küçəsində "İsuzu" markalı yük maşını 37-ci polis şöbəsinin qapı hissəsinə çırpılıb. Nəticədə qapı yararsız hala düşüb, həmçinin hasarın bir hissəsi uçub.
Hadisənin qəsdən törədildiyi və ya ehtiyatsızlıqdan baş verdiyi hələlik məlum deyil.
Araşdırma aparılır.