15 Avqust 22:09
594

Məşhur döyüşçü Konor Makqreqorun yaşlı kişini vurub.

Teleqraf.com-un məlumatına görə, hadisə aprel ayında Dublində yerləşən gecə klublarının birində baş verib. Onun yaşlı kişinin üzünə yumruqla zərbə endirməsinin görüntüləri yayılıb.

Həmin gün Konor barın müştərilərini viskiyə qonaq edib. Lakin yaşlı kişi bunu içməkdən imtina edib. Kişinin rəddi isə Konorun onu vurmasıyla nəticələnib.


Müəllif: Teleqraf.com