19 Avqust 2019 09:19
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəydə 5 otaqlı ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Moruxlu kəndində ümumi sahəsi 130 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının tavanı 12 m² sahədə və 3 ədəd yataq dəsti yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com