20 Avqust 2019 00:32
432
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, 1982-ci il təvəllüdlü Məmmədov Samir Əli oğlu, 1992-ci il təvəllüdlü Rəhimov İntiqam Məhərrəm oğlu, 1987-ci il təvəllüdlü Babayev Babək Nazim oğlu və 1992-ci il təvəllüdlü Aslanov Samir Aslan oğlu xəsarət alıb.

Yaralılara ilkin tibbi yardım göstərilib və onlar xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlərə döş qəfəsinin əzilməsi və bud sümüyünün sınığı diaqnozu qoyulub. Vəziyyətləri orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com