20 Avqust 2019 10:33
407
12 Punto 14 Punto 16 Punto 18 Punto

Quba rayonunda meşə-kolluq ərazidə başlayan yanğın gecə də davam edib.

Şabran rayonu ərazisindən başlayan yanğın Qubada böyük ərazini əhatə edib.

Küləkli hava şəraiti və ərazinin dağlıq relyefə malik olması yanğının söndürülməsinə ciddi çətinliklər yaradır.

Quba Rayon İcra Hakimiyyətindən "Report"a verilən məlumata görə, çətinliklərə baxmayaraq, yanğının söndürülməsi işləri davam edib, nəticədə yanğın lokallaşdırılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com