Paytaxtın Nərimanov rayonu ərazisində taxta bazarındakı yanğına 250-dən artıq canlı qüvvə və 32 texnika cəlb olunub.
Teleqraf.com-un məlumatına görə, bunu Bakının taxta bazarında yanğın baş verən əraziyə gələn fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Onun sözlərinə görə, yanğının yayılma təhlükəsi yoxdur:
“Yanğın 3 saatdan artıqdır ki, davam edir. Müxtəlif yerlərdə mənbələr var, bunlar quru taxtalardır. Yanğının sahəsinə gəldikdə isə, təqribən 1500 kv.m-dən artıqdır. Hadisəyə səbəb isə işlərin yekununda bilinəcək”.
Nazir müavini əlavə olaraq bildirib ki, rayonlarda da meşə və meşə ətrafında olan yanğınlar davam edir