Xəzər dənizində maqnitudası 3,6 olan zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yeraltı təkanlar avqustiun 27-də yerli vaxtla saat 02:18-də qeydə alınıb.
Zəlzələnin ocağı 30 kilometr dərinlikdə yerləşib.