Türkiyənin Dənizli şəhərində cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, 15 yaşlı Zeynəb Atagül, sevgilisinin doğum günündə sevgilisi tərəfindən tüfənglə qətlə yetirilib.
Cinayətdən dərhal sonra nəzarətə götürülən 17 yaşlı U.K, tüfəngin təsadüfən açıldığını bildirib.
Qətliamdan sonra hadisə yerinə səhiyyə və polis işçiləri cəlb edilib.
Həkimlər Atagülün elə hadisə yerindəcə həyatını itirdiyini söyləyiblər.
Qeyd edək ki, artıq Türkiyə Jandarma Qüvvələri hadisənin qətl və ya təsadüfən olub olmadığı barədə araşdırmalara başlayıblar.