Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Bakı şəhər sakini Ş.Sadıxlı 2 naməlum şəxsin onu döyüb 60 manat pulunu aldığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Q.Soltanov və Sumqayıt şəhər sakini R.İsrafilov saxlanılıblar.