Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində bədbəxt hadisə baş verib.
“Report” xəbər verir ki, 2015-ci il təvəllüdlü Hüseynli Ayan Elnur qızı yaşadığı binanın 4-cü mərtəbəsindən yerə yıxılıb.
Uşaq ətrafdakıların köməkliyi ilə xəstəxanaya yerləşdirilib. Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Valideynlər uşaq xəstəxanaya yerləşdiriləndən sonra hadisədən xəbər tutublar.