14 Sentyabr 2019 12:16
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Pirallahı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, rayonun Gürgan qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Abbasov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən paytaxt sakini M.Misirovun idarə etdiyi “Ford Karqo” markalı avtomobilə vurub.

Nəticədə E.Abbasovun sərnişini Fuad Məcnunov hadisə yerində ölüb, özü və digər sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Pirallahı rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov