Qəbələ rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Oğuz rayon sakini T.Məmmədovu döyərək 2838 manatını alıblar.
Qəbələ rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Mıxlıqovaq kənd sakini V.Fətəliyev və Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş F.Tağıyev saxlanılıblar.
Faktla bağlı Qəbələ rayon polis şöbəsində araşdırma aparılır.