23 Sentyabr 2019 13:13
912
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agnetliyindən Teleqraf.com-a verilən məlumata görə, rayon ərazisində 149 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən 99 XX 165 dövlət nömrə nişanlı avtobus yolun hərkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb.

Agnetlik tərəfindən aparılan ilkin araşdırma zamanı məlum olub ki, hadisə 2 minik avtomobilinin avtobusun qarşısına çıxması nəticəsində baş verib.

Hadisə zamanı 1 nəfərin xəsarət aldığı bildirilir.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.

BNA qeyd edib ki, bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən məlum hadisənin ağır qəza olaraq təqdim edilməsi və xeyli sayda yaralıların olması barədə məlumatlar həqiqəti əks etdirmir.

Bundan başqa, Səhiyyə Nazirliyi də qəzaya düşən sərnişin avtobusunda xəsarət alan sərnişinin səhhəti ilə bağlı məlumat yayıb.

Məlumata görə, 149 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobus yolun hərəkət hissəsindən çıxaraq drenaj xəttinə düşüb: “Nəticədə bir nəfər kişi müştərək travma, qapalı kəllə-beyin travması və ətrafların əzilməsi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Hazırda müalicəsi davam edir”.


Müəllif: Hacı Zeynalov