9 Oktyabr 2019 10:29
415
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçayda evdən pul oğurlayan şəxs saxlanılıb.

Teleqraf.com xəbər verir ki, oktyabrın 8-də Göyçay rayon polis şöbəsinə ərizə ilə müraciət edən rayon sakini yaşadığı evdən naməlum şəxs və ya şəxslər tərəfindən 4900 ABŞ dollarının oğurlanması barədə məlumat verib.

Daxil olan müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Keçirilən təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri nəticəsində həmin pulu oğurlayan şəxsin rayonun Çaxırlı kənd sakini Elməddin Vahidov olduğu müəyyən edilib və şübhəli şəxs qismində saxlanılıb.

İlkin ifadəsində o, törətdiyi olduğu cinayət əməlini etiraf edib və oğurladığı pulları öz əyləncəsi üçün xərclədiyini bildirib.

Faktla bağlı E.Vahidov barəsində Göyçüy rayon polis şöbəsinin istintaq bölməsində cinayət işi başlanılıb.

Zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov