9 Oktyabr 2019 13:57
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda quldurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Abşeron rayon Polis İdarəsinə müraciət edən Bakı şəhər sakini T.Baxşıyev oktyabrın 5-də, gecə saat 3 radələrində 4 nəfərin onu döyüb, sonra 550 manatını aldıqlarını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinənlər - Masallı rayon sakini, əvvəllər məhkum olunmuş E.Babayev, Yevlax rayon sakini T.İmranov, Gədəbəy rayon sakini M.Ələsgərov polis əməkdaşları tərəfindən saxlanılıblar.

Fakt üzrə əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Müəllif: Hacı Zeynalov