5 Noyabr 2019 00:47
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Rostov vilayətindən Bakıya gələn mikroavtobus qəzaya uğrayıb.

Teleqraf.com xəbər verir ki, hadisə Stavropol diyarının Budyonnovsk rayonunun Blaqodarnı qəsəbəsinin yaxınlığına baş verib. Nəticədə 7 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların hamısının Azərbaycan vətəndaşı olduğu bildirilir.

Rusiya DİN-in Stavropol diyarı üzrə Baş İdarəsinin məlumatına görə, qəza Svetloqorsk-Blaqodarnı-Budyonnovsk avtomobil yolunun 78-ci kilometrində baş verib. “Ford Transit” markalı mikroavtobus “Lifan” markalı minik avtomobili ilə toqquşub.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com