7 Noyabr 2019 23:26
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur yazıçı Sereay Şahinlərin əri İbrahim Özkan məhkəmə binasında intihar edib.

Teleqraf.com xəbər verir ki, 35 yaşlı kişi içkili vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə edilib və ona 4 ay 5 gün həbs cəzası verilib. Lakin məhkəmə hökmün icrasını təxirə salıb. Buna baxmayaraq, İbrahim özünü ədliyyə binasının 7-ci mərtəbəsindən atıb.

Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Özkanın intihar səbəbi isə bilinmir.

Yaşanan hadisə binada böyük panikaya yol açıb. Orada olan qadınlardan bəziləri gördükləri mənzərə qarşısında huşunu itirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər