9 Noyabr 2019 22:45
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Bolnisi rayonunda 24 yaşlı azərbaycanlı gənc intihar edib.

Onun özünə sui-qəsd etməsinə qumar oyunlarına aludəçiliyi səbəb olub.

Azərbaycanlı gənc bundan öncə də intihara bir neçə dəfə cəhd edib. Yaxınlarının müdaxiləsi nəticəsində onun bu cəhdlərinin qarşısı alınıb.

İntihar edən gəncin qumar oyunlarında külli miqdarda pul uduzduğu və həmin məbləği qaytarmaq üçün borc aldığı bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyində faktla bağlı istintaq aparılır.

Qeyd edək ki, son günlər qonşu ölkədə eyni səbəbdən Birinci kanalın operatoru da daxil olmaqla, bir neçə gənc intihar edib. Tbilisi və Batumidə qumar oyunlarının reklamının qadağan edilməsi tələbi ilə "Azart oyunlar öldürür", "Öz uşağını qoru" şüarları altında bir neçə aksiya keçirilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər