Yevlaxda doğuş zamanı ana ölümü faktı qeydə alınıb.
23 yaşlı Tanrıqulular kənd sakini Gülanə Həmzəyeva Yevlax Rayon Mərkəzi Xəstəxanasında qız uşağı dünyaya gətirib.
Ancaq ana doğuş zamanı həyatını itirib.
Qeyd edək ki, bu, Gülanə Həmzəyevanın ikinci övladıdır.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılır.