Bərdə rayonunda üç qadının bank hesabından pul oğurlanıb.
Teleqraf.com xəbər verir ki, Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon sakini E.Qurbanov həbs edilib.
Onun rayon sakinləri olan 3 qadını aldadıb və bank kartlarından ümumilikdə 964 manatı çıxararaq oğurlaması müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb.