14 Noyabr 2019 01:35
758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Binəqədi rayonu, Üzeyir Hacıbəyov küçəsi 4 ünvanında qeydə alınıb.

Motosiklet sürücüsü 1998-ci il təvəllüdlü Hüseynov Cavid Məhəmmədəli oğlu idarəetməni itirərək quyuya düşüb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona büd sümüyünün sınığı diaqnozu qoyulub.


Müəllif: Teleqraf.com