14 Noyabr 2019 13:25
523
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə axtarışda olan şəxsin vəfat etdiyi məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Nizami (Gəncə) rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il iyulun 22-də rayon ərazisindəki evlərin birindən 2259 manat və mobil telefon oğurlamaqda şübhəli bilinən Gülüstan qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Ü.Novruzov saxlanılıb, daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.

Ü.Novruzovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun həmyerlisi olan digər şəxslə bir mağazadan 300 manat, orada quraşdırılmış ödəmə terminalından isə 456 manat oğurlaması da müəyyən edilib.

Ü.Novruzovla birlikdə cinayət törədən şəxsin hadisədən bir neçə gün sonra vəfat etdiyi məlum olub.


Müəllif: Hacı Zeynalov