17 Noyabr 2019 18:57
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qubada iki minik avtomobili toqquşub. Nəticədə 2 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, hadisə Quba şəhəri ərazisində baş verib.

“Priora” markalı avtomobillə VAZ-2107 markalı avtomobil toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar Quba Mərkəzi Rayon xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com