22 Noyabr 2019 12:38
490
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 21-də Binə qəsəbəsindəki evlərdən birinin həyətindən 5 ev quşu oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş İ.Pirverdiyev və qardaşı saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların oktyabrın 31-də evlərin birindən 3000 manat oğurlamaları da müəyyən edilib.


Müəllif: Teleqraf.com