24 Noyabr 2019 12:43
1 052
12 Punto 14 Punto 16 Punto 18 Punto

Samux rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Samux rayonunda ümumi sahəsi 120 m² olan dülgər sexinin dam örtüyünün yanar konstruksiyaları, içərisində olan dəzgah və avadanlıqlar yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com