19 Sentyabr 2014 18:58
1 054
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Avropa Parlamentində Azərbaycana yönəlik qətnamənin qəbulu siyasi motivlərlə bağlıdır”.

Bu fikirləri Teleqraf.com-a politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Avropa Rusiyaya qarşı müəyyən sanksiyalar tətbiq edib: “Azərbaycanın isə son günlər Rusiya ilə münasibətlərində həlimləşmə özünü göstərir. Hətta Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubov bu sanksiyaların Rusiyaya heç bir təsir göstərməyəcəyi haqqında bəyanat verdi. Bütün bunlar onu göstərir ki, Azərbaycanın Rusiyaya yaxınlaşması Avropa tərəfindən o qədər də rəğbətlə qarşılanmayıb. Mən deyərdim ki, bu düşmənçiliklə qarşılandı. Müzakirələr nəticəsində bu qətnamənin qəbul edilməsi məhz Azərbaycanın Rusiyaya meyllənməsi ilə əlaqələndirilə bilər”.

Politoloq deyib ki, Azərbaycanla Avropa İttifaqı və eləcə də digər qurumlar arasında əməkdaşlıq var, lakin Rusiya məsələsi önə çıxanda onlar bunu danırlar. Q.Hüseynlinin fikrincə, Azərbaycanın balanslaşdırılmış siyasəti bəzən onun özü üçün müəyyən dəyişikliklər yaradır: “Azərbaycan hazırda Rusiya ilə münasibətlərini yaxşılaşdırır və bu da ölkəmizin həyata keçirdiyi strateji niyyətlərdən irəli gəlir. Ona görə də Avropanın belə qısqanc yanaşması bizim üçün o qədər təhlükəli deyil. Azərbaycana lazımdır ki, öz problemlərini həll etsin və buna da çalışırıq”.

Qarabağla bağlı belə təcili qətnamənin qəbul edilmədiyini deyən Q.Hüseynli deyib ki, bu səbəbdən Qərbi ikili standartlara görə tənqid edirik: “Azərbaycanın problemləri tökülüb qalıb, ölkəmiz üçün həyati məsələlərə diqqət yetirmirlər, amma Leyla Yunus, insan haqları məsələlərini qabardırlar və buna uyğun hərəkət edirlər. Yəni, bu qətnamə subyektiv yanaşmanın təzahürüdür”.

Bəxtiyar


Müəllif:

Oxşar xəbərlər