8 Dekabr 2019 21:12
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qədər əvvəl Heydər Əliyev prospekti-Hava limanı yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Bu barədə Teleqraf.com Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətindən məlumat verilib.

lkin məlumata görə, "Baku Expo Center"in qarşısında yük maşını minik avtomobili ilə toqquşub.

Qəza səbəbindən hazırda avtomagistralda sıxlıq müşahidə edilir.

Yolun bu hissəsində zolaqlar üzrə sürət həddi də endirilib.

BNA bir daha sürücülərin bu cür hava şəraitində son dərəcə diqqətli olmağa səsləyir.


Müəllif: Teleqraf.com