15 Yanvar 2020 11:48
596
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mərdəkan qəsəbəsində zoomarketə basqın edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Xəzər rayonu Mərdəkan qəsəbəsində yerləşən zoomarketə basqın olub.

Naməlum şəxslər mağazanın sahibi H.Babayevə bıçaqla xəsarət yetirərək onun cibində olan 14000 manat pulu ələ keçiriblər. Məlumat daxil olan kimi Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən təxirəsalınmaz əməliyyat tədbirləri keçirilib.

Nəticədə cinayəti törətməkdə şübhəli bilinən iki nəfər paytaxt sakini Ehtiram Əliyev və Ələsgər Əliyev qısa zamanda tutulublar.
Qeyd edək ki, E.Əliyev əvvəllər həmin zoomarketdə işləyib. Hadisədən sonra hər iki şəxs Biləsuvar rayonuna qaçsa da polislər onların izinə düşə biliblər.

Faktla bağlı saxlanılan şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi araşdırmalar davam etdirilir.


Müəllif: Hacı Zeynalov