Ölkəmizin jurnalist ictimaiyyətinə ağır itki üz verib.
Teleqraf.com xəbər verir ki, əməkdar jurnalist, Prezident təqaüdçüsü Elmira Əliyeva ömrünün 89-cu ilində vəfat edib.
Qeyd edək ki, Elmira Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndən sonra təyinat üzrə “Bakinski raboçi” qəzetinin redaksiyasında işləyib. Ötən əsrin 60-70-ci illərində “İzvestiya” qəzetinin Azərbaycan üzrə xüsusi müxbiri olub.
1987-ci ildə Azərinformda (indiki AZƏRTAC) işləməyə başlayıb. Burada baş direktorun yanında xüsusi müxbir, mədəniyyət şöbəsinin müdiri, 10 ilə yaxın "Rus dilində informasiya" baş redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.