25 Yanvar 2020 10:16
1 040
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Bakıda avtobus qəzasında xəsarət alanlarla bağlı məlumat yayıb.

Birlikdən Teleqraf.com-a verilən məlumata görə, hadisə nəticəsində 7 nəfər xəsarət alıb:

"Onlardan 5 nəfər kişi, 2-si isə qadındır. Yaralılara 3 saylı şəhər Kliniki Xəstəxanasında ilkin tibbi yardım göstəriləndən sonra onlar ambulator müalicəyə buraxılıblar".

***

09:46

Bakıda ağır yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Maştağa qəsəbəsi ərazisində olub.

Maştağa ərazisindəki körpüdə yolun buz bağlaması nəticəsində 107 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu "Mitsubishi-Pajero" və "VAZ 2107" markalı avtomobillərlə toqquşub.

Hadisə nəticəsində sərnişin avtobusu və "Mitsubishi-Pajero" körpüdən aşıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilir.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com