28 Yanvar 2020 12:19
423
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Şəmkirdə baş vermiş dəhşətli qəza ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, yanvarın 27-də saat 21 radələrində Şəmkir rayonunun Şiştəpə kəndi ərazisində kənd sakini Ramin Əmiraslanov idarə etdiyi “Lexus” markalı avtomobili aşırıb.

Nəticədə sürücü və sərnişinləri olan qohumları Habil və Şahin Əmiraslanovlar hadisə yerində ölüblər.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov