Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də rayon ərazisindəki bir qəbirin üzərində quraşdırılmış bürüncdən hazırlanmış lövhəni sökərək oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri N.Yarıyev, əvvəllər məhkum olunmuşlar – H.Mustafayev və S.Vahabov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanıb.