Bakının Xəzər rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 1 avtomobildən 7000 manat oğurlamaqda şübhəli bilinən Mingəçevir şəhər sakini C.Səmədov saxlanılıb.
Onun əvvəllərdə məhkum olunduğu üzə çıxıb.
Faktla bağlı cinayət işi başlanıb.