20 Fevral 2020 14:23
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Ağalıq kəndi ərazisində Xaçmaz rayon sakini Ş.Cavadov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən kənd sakini Səkinə Mustafayevanı vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş qadın orada ölüb.

Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov