26 Fevral 2020 09:55
375
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatalada yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, Zaqatala rayonunda ümumi sahəsi 1000 m² olan Dövlət İdarəetmə və Texnologiya Kollecinin yerləşdiyi birmərtəbəli binanın 8 otağının və dam örtüyünün yanar konstruksiyaları 350 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


Müəllif: Teleqraf.com