27 Fevral 2020 14:32
687
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini X.Əhmədov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən həmyerlisi Məmmədəli Sultanovu vurub.

Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Faktla bağlı Qax rayon polis şöbəsində araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov