Güney azərbaycanlı jurnalist və milli-mədəni fəal Məlihə Bərqi Sidqiani həbs edilib.
Teleqraf.com xəbər verir ki, Urmu Yazarları Birliyinin üzvü olan xanım Sidqiani SEPAH-ın Kəşfiyyat İdarəsi tərəfindən tutulub.
Ona qarşı ictimai asayişi pozmaq ittihamı irəli sürülüb.
Fəalın harada və hansı şəraitdə saxlandığı, eləcə də səhhəti ilə bağlı məlumat verilmir.