Bakının Səbail rayonunda bir neçə gün əvvəl baş verən qətlin üstü açılıb.
Teleqraf.com xəbər verir ki, martın 14-də saat 2 radələrində Səbail rayonunun Bayıl qəsəbəsi ərazisindən qəsəbə sakini Viktor Bujdelyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə 8-ci polis bölməsinə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Həkimlərin səyinə baxmayaraq V.Bujdelyev martın 17-də orada ölüb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini F.Əliyev saxlanılıb.
Faktla bağlı Səbail rayon Polis İdarəsində araşdırma aparılır.