24 Mart 2020 16:11
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pirallahı rayonunda oğurluq olub.

Teleqraf.com xəbər verir ki, Pirallahı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 22-də rayon ərazisindəki mağazaların birindən 1600 manat dəyərində qızıl-zinət əşyalarını soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən Pirallahı qəsəbə sakini R.Xəlilov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan heroin, evindən isə 460 qram marixuana aşkar edilərək götürülüb.


Müəllif: Hacı Zeynalov