29 Sentyabr 2014 13:25
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müsavat digər vaxtlar seçkidə məğlub olanda iddia edirdilər ki, saxtakarlıq olub. İndi isə özləri saxtakarlıqla yeni başqan seçdilər”.

Bu barədə Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Müsavatda Arif Hacılının yeni başqan seçilməsinə münasibət bildirərkən deyib.


“Arif Hacılını saxtakarlıqla başqan seçdilər”


S. Novruzovun, seçkinin saxtakarlıqla keçirildiyini o deyil, başqanlığa namizədlər, Divan üzvləri, qurultay iştirakçıları deyir: “Arif Hacılının rəhbərliyi altında Müsavat icra aparatı rayon təşkilatları ilə özlərinə yaxın olan şəxsləri qurultaya nümayəndə seçdi və onların vasitəsilə səsvermədə ədalətsiz şəkildə, saxtaklarlıqla başqan seçdilər. Təsadüfi deyildi ki, seçkiyə, qurultaya bilavasitə nəzarət icra aparatında çalışan insanlara həvalə olunmuşdu. Bu bir daha göstərdi ki, Müsavat ömründə bir seçki keçirdi, onu da saxtalaşdırılmış şəkildə apardı və özlərinə uyğun olan adamların seçilməsinə nail oldular”.


“Yorğun demokrat”ın keçmişə dair çıxışı


Müsavatın qurultayına münasibət bildirən S. Novruzov qeyd edib ki, bu keçmişi təkrarlamaqdan başqa bir şey deyildi.

“Orda “yorğun demokrat”ın (İsa Qəmbəri nəzərdə tutur-red) çıxışına baxanda gördük ki, 36 dəqiqəlik çıxışda bir dənə də olsun gələcəyə ünvanlanmış fikir, partiyanın perspektivi haqqında söz yox idi. Keçmişdə, 90-cı illərdə olmuş-bitmiş məsələlərdən təkrar-təkrar danışdı.

Ümumiyyətlə partiyanın inkişafı, islahatlar, fəaliyyətin tənzimlənməsi, qarşıdan gələn bələdiyyə seçkilərində iştirak kimi vacib məsələlərə toxunulmadı. Qurultayın keçirilməsi başqan dəyişikliyindən başqa ortaya heç bir yenilik qoymadı”, -deyə YAP rəsmisi vurğulayıb.


“Çoxdan tanıdığım adam kimi deyə bilərəm ki, Arif Hacılı onlara heç vaxt işləməyəcək”


S. Novruzov hesab edir ki, seçkidən sonra mövcud olan narazı tərəflər Müsavatı tərk edəcək: “Namizədlərdən biri mətbuata müsahibəsində demişdi ki, Arif Hacılı bitmiş adamdır, heç bir perspektivi yoxdur. Digər başqa formada müxtəlif ittihamlar irəli sürmüşdü ki, xaricdə ayrı-ayrı təşkilatlardan pul alıb. Xəbərlər yayıldı ki, Arif Hacılı Qubad İbadoğlunu ittiham edib ki, aldığı qrantlardan partiyaya bir qəpik də olsun verməyib. Bu cür münasibətlərdə olan insanlar birgə fəaliyyət göstərə bilməz. Artıq bu səpkili bəyanatlar verirlər. Çoxdan tanıdığım adam kimi deyə bilərəm ki, Arif Hacılı onlarla heç vaxt işləməyəcək”.


“Baş verənlər Müsavatın sonunu gətirəcək”


YAP rəsmisi qeyd edib ki, Müsavat bitmiş bir partiyadır.

“Bu seçkilər və baş verənlər Müsavatın sonunu gətirəcək və bu poseslər partiyanın qarşıdakı dönəmdə Azərbaycanın siyasət arenasından ümumiyyətlə getməsinə təkan verəcək”,- deyə S. Novruzov bildirib.


Müəllif:

Oxşar xəbərlər