30 Mart 2020 14:11
1 069
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, H.Əliyev prospektində Bakı şəhər sakinləri Ə.Əhədov idarə etdiyi “Mercedes” markalı avtomobili qarşıda gedən E.Quliyevin idarə etdiyi “Ford” markalı yük avtomobilinə vurub.

Nəticədə “Mercedes”dəki sərnişinlərindən İmran Qasımov, Həbib Hüseynov hadisə yerində ölüb, sürücü və digər 2 sərnişini xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.


Müəllif: Hacı Zeynalov