Bakının Nəsimi rayonunda quldurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində olan parklardan birində naməlum şəxs R.Yunusovu bıçaqla hədələyib və 120 manatını alıb.
Zərərçəkmiş baş verən quldurluq hadisəsi ilə bağlı polisə müraciət edib.
Nəsimi rayon Polis İdarəsinin 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Q.Rzayev saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi açılıb.