Bakının Binəqədi rayonunda vətəndaş ölümlə hədələnib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisində Mübariz Bəhramov bir nəfəri silahla öldürməklə hədələyib və ondan pul tələb edib.
Zərərçəkən baş verən hadisə ilə bağlı polisə şikayət edib, Mübariz Bəhramov həbs edilib. Ondan narkotik vasitə də aşkar olunaraq götürülüb.
Məlumata görə, Mübariz Bəhramov narkotik aludəçisidir.
Onun barəsində Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddələri ilə ittiham elan edilib.