Şabran rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Təzəkənd kəndində 1984-cü il təvəllüdlü Elnur Bağırov həmkəndlisi Hüseyn Eyyubovu bıçaqlayıb.
Yaralı Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona vaxında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.
Hadisəni törədən Elnur Bağırov həbs edilib.
Hadisə şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verib.
Faktla bağlı cinayət işi başlanıb.